Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycanlı referi AÇ-nin final mərhələsində -
Azərbaycanlı referi AÇ-nin final mərhələsində

ESTAFET/ FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

O, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya - Fransa qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixləri arasında Macarıstanda keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ