DANİ ALVEŞ TOYUNU İBİZADA KEÇİRDİ

ESTAFET/ Braziliya yığmasının 34 yaşlı müdafiəçisi Dani Alveş həftəsonu subaylığın daşını atıb. Daha çox "Barselona"dakı karyerası ilə tanınan braziliyalı ilə 23 yaşlı ispan model Xoana Sansın ancaq yaxın ətrafının iştirakı ilə keçirilən toy mərasimi İbizada keçirilib.   


Alves hal-hazırda "Yuventus"dan ayrıldıqdan sonra azad agent statusundadı. Məlumatlara görə, braziliyalı karyerasını "Mançester Siti" və ya "PSJ"-də davam etdirə bilər.