"Baku Open" beynəlxalq şahmat festivalı başa çatıb

ESTAFET/ "Baku Open" beynəlxalq şahmat festivalı başa çatıb. Son tur öncəsi vahid lider olan Azərbaycan təmsilçisi Məhəmməd Muradlı vahid lider olsa da, yekunda Aleksandr İndiçə (Serbiya) məğlub olaraq beşinci yeri tutub.

Bu, təmsilçilərimizin turnirdə ən yaxşı nəticəsi olub.

Birinci yerə hindistanlı 7 xal toplayan Leon Mendonka sahib çıxıb.

Qeyd edək ki, əsas turnirdə 23 ölkədən 140 şahmatçı mübarizə aparıb. Mükafat fondu 55 000 dollar təşkil edib.

Aşağıda doqquzuncu turun ən maraqlı cütllərini təqdim edirik.

9-cu tur
Məhəmməd Muradlı – Aleksandar İndiç (Serbiya) 0:1
Vladislav Kovalev (FIDE) – Tornike Sanikidze (Gürcüstan) 1:0
Vuppala Pranett (Hindistan) – Leon Mendonka (Hindistan) 0:1
Rauf Məmmədov - Mitall Aditya (Hindistan) 0,5:0,5
Riad Səmədov - Nicat Abasov 0,5:0,5
Aditya Samant (Hindistan) – Eltac Səfərli 0,5:0,5
Dmitri Kuşko (Ukrayna) - Misrətdin İskəndərov 0,5:0,5
Aydın Süleymanlı – Ortik Niqmatov (Özbəkistan) 1:0
Muxiddin Madaminov (Özbəkistan) – Namiq Quliyev 1:0
Nurgül Səlimova (Bolqarıstan) – Abdulla Qədimbəyli 1:0

Turnir cədvəli: 1. Mendonka (Hindistan), 2. İndik (Serbiya), 3. Kovalev (FİDE) - hərəyə 7 xal, 4. Seturaman (Hindistan), 5. Muradlı - hərəyə 6,5 xal.

Müəllif: Natiq NƏSİROV