"SƏBAİL" İLK LEGİONERİNİ TRANSFER ETDİ
ESTAFET/ "Səbail" heyətinə ilk legioner futbolçu cəlb edib. Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək ilk əcnəbi olacaq.
19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası olan "Gil Visente"də keçirib.
Dünən Bakıya gələrək müqaviləyə qol çəkən Maudo, Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.
Mənbə: premyer.az