Vinisiusun qırmızı vərəqəsi ləğv olundu

ESTAFET/ İspaniya Kral Futbol Federasiyası (RFEF) "Real"ın futbolçusu Vinisius Juniorun La Liqanın 35-ci turunda “Valensiya” ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib.

Qarşılaşmanın baş hakiminin insident haqqında tam məlumata malik olmaması və matçın protokolunda epizodu düzgün qiymətləndirmədiyi səbəb kimi göstərilib.

Beləliklə, braziliyalı oyunçu bu gün "Rayo Valyekano" ilə görüşdə meydana çıxa biləcək.

Vinisius "Valensiya" ilə oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb. Qarşılaşmanın sonlarında rəqib futbolçularla davada iştirak edən vinger birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Müəllif: Orxan NOVRUZOV