Cüdoçularımız Qran Pri turnirinin ilk gününü iki medal ilə başa vurdular

ESTAFET/ Avstriyanın Linz şəhərində keçirilən Qran Pri turnirinin ilk günündə qadınlar arasında 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə ispaniyalı idmançı Ariane Toro Soleri məğlub edib.

66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Kamran Süleymanov isə gümüş medal əldə edib.

Bu gün 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizəyə başlayacaq. Kişilər arasında 73 kq çəkidə Rəşid Məmmədəliyev və Nurlan Osmanov, 81 kq çəkidə Zelim Tçkayev tatamiyə çıxacaq.

Qeyd edək ki, may ayının 27-nə kimi davam edən turnirdə dünyanın 72 ölkəsindən 455 idmançı iştirak edir.

Müəllif: Natiq NƏSİROV