Atletika üzrə kiçikyaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Atletika üzrə kiçikyaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov bu yarışın iştirakçılarının gələcəkdə nüfuzlu turnirlərdə uğurlar qazanaraq ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcəylərinə inandığını bildirib. Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva  ölkə səviyyəli yarış olan Azərbaycan birinciliyinin əhəmiyyətindən danışıb. 2008-2009-cu il təvəllüdlü oğlanlar və qızların iştirak etdiyi yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqandan 150-ə yaxın atlet mübarizə aparır.

Qaliblər

100 m məsafəyə qaçış. Oğlanlar.

1.Həmid Nəbiyev

100 m məsafəyə qaçış. Qızlar.

1.Bahar Mustafayeva

400 m məsafəyə qaçış. Oğlanlar.

1.Nihat Tağıyev

400 m məsafəyə qaçış. Qızlar.

1. Nila Heydərova

1500 m məsafəyə qaçış. Oğlanlar.

1.İsgəndər Əsgərov

1500 m məsafəyə qaçış. Qızlar.

1.Aysu Abbasova

110 m məsafəyə sədlərlə qaçış. Oğlanlar.

1.Əmir İsmayılov

 Hündürlüyə tullanma. Qızlar.

1.Umehhan Durmuş

Nüvə itələmə. Oğlanlar.

1.Fərhad Quliyev

Nüvə itələmə. Qızlar.

1.Nəzrin İsayeva

Müəllif: Bəhruz MƏMMƏDOV