Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"ZİRƏ" HAZIRLIĞI RUMINİYADA DAVAM ETDİRİR -
"ZİRƏ" HAZIRLIĞI RUMINİYADA DAVAM ETDİRİR

ESTAFET/ "Differdanj"la oyundan sonra Belçikaya yollanan “Zirə” dünən gecə Rumıniyaya gedib. Avropa Liqasının II təsnifat mərhələsində "Astra" ilə qarşılaşacaq "Zirə" Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir. Buradakı hazırlığı bitirən "qartallar" iyulun 12-də Giurgiyə yola düşəcək. Komanda oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan yarım saat əvvəl isə "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.