"Sabah" çempiondur

ESTAFET/ 30 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının sonuncu beşinci oyunu baş tutub.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib. "Sabah" gərgin və maraqlı oyunun yekununda "Gəncə" üzərində 86-85 hesablı qələbə qazanıb. Final seriyasında 3-2 hesablı qələbə qazanan "Sabah" komandası Azərbaycan Basketbol Liqasında 2022/23 -cü illər mövsümünün çempionu olub.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular:  "Sabah BK" ( Entoni Patti - 24 xal, 13 ribaund), "Gəncə BK" ( Kollin Törner  - 26 xal, 11 asist )

Müəllif: Məsim MƏSİMZADƏ