Bakıda atletika üzrə beynəlxalq turnir keçirilir

Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun 26-cı memorialında 5 ölkənin təmsilçiləri iştirak edir. Açılış mərasimində çıxış edənlər Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafında xidmətlərindən danışaraq yarış iştirakçılarına uğurlar arzulayıblar. Beynəlxalq memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparır və ümumilikdə 120 idmançı medallar uğrunda yarışır. Qeyd edək ki, memorial Dünya Atletikasının Qlobal Təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq. Həmçinin, bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək.
İlk yarış gününün qalibləri.
100 metr. Kişilər
Mindia Endeladze (Gürcüstan)
100 metr. Qadınlar
İlahə Quliyeva
400 metr. Kişilər
Oğuz Akgül (Türkiyə)
400 metr. Qadınlar
Lamiyə Vəliyeva
1500 metr. Kişilər
Əmrah Nağıyev
Üç təkanla tullanma. Kişilər
Mesut Bülbül (Türkiyə)
Üç təkanla tullanma. Qadınlar
Gizem Akgöz (Türkiyə)
Nüvə itələmə. Kişilər
Nuh Polat (Türkiyə)
