Dünya Qadın Seriyasının "Puatye" mərhələsində "Neftçi" nin qrupu və oyun təqvimi müəyyənləşib

27-28 iyun Fransanın Puatye şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Bu mərhələdə iştirak edəcək "Neftçi" klubu, A qrupunda Kanada və İtalya milliləri ilə mübarizə aparacaq. "Neftçi" qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30 -da Kanada seçməsinə qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Müəllif: Məsim MƏSİMZADƏ