Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Avropa Oyunlarında son günün püşkü atılıb -
Avropa Oyunlarında son günün püşkü atılıb

Polşada keçirilən Avropa Oyunlarının taekvondo yarışlarında son günün püşkü atılıb. İyunun 26-da dayanq üzərinə çıxacaq Azərbaycan millisinin idmançısı Taleh Süleymanovun (87 kq) da ilk rəqibləri bəlli olub.

O, 1/8 finalda yunanıstanlı Aleksander Baçmanla üz-üzə gələcək. Taekvondoçumuz mərhələ adlayacağı halda Raul Qarsiyaya (İspaniya) rəqib olacaq.

Qeyd edək ki, milli komandamızın hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə edib.

Müəllif: Bəhruz MƏMMƏDOV