TEYMUR YENİDƏN LİDERLİYİ ƏLƏ ALDI: VII TUR
ESTAFET/ Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 3-cü Qran Prisi davam edir. Bu gün turnirdə yeddinci turun oyunları oynanılıb.
Bildirdiyimiz kimi, seriyada Azərbaycan Qran Pri seriyasında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunur. Bu turnir Şəhriyar üçün sonuncu olsa da, Teymur bundan başqa sonuncu Qran Pridə də iştirak edəcək.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Məmmədyarov - Nepomnyaşnı (Rusiya) 0,5:0,5

Rəcəbov - Şvidler (Rusiya) 1:0
Hou Yifan (Çin) - Gelfand (İsrail) 0,5:0,5
Elyanov (Ukrayna) - Salem (Misir) 1:0
Ryazantsev (Rusiya) - Li Çao (Çin) 1:0
Harikrişna (Hindistan) - Qrişuk (Rusiya) 0,5:0,5
Adams (İngiltərə) - Yakovenko (Rusiya) 0,5:0,5
Giri (Hollandiya) - Aronyan (Ermənistan) 0,5:0,5
Yeddi turdan sonra Teymur Rəcəbov 5 xalla yenidən turnir cədvəlinə təkbaşına liderlik edir. Hindistan və Rusiya şahmatçıları Harikrişna və Qrişuk yarım 4,5 xalla Teymuru izləyirlər. Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov liderdən 1 xal geri qalır.