BASKETBOLÇULARIMIZ MÜBARİZƏYƏ QOŞULURLAR
ESTAFET/ Bu il ölkəmizin basketbol tarixində ilk dəfə milli komandalarımız 3 yaş qrupunda Avropa Çempionatlarına qatılacaq.
Belə ki, bu gündən etibarən iyulun 23-nə kimi Rumıniyanın Oradea şəhərində keçiriləcək Avropa Çempionatında (Div B) kişilərdən ibarət U20 millimiz (Ömər Əhmədzadə, Endər, Poladxanlı, Əkbər Məmmədov, Nijan Məmmədli, Elşad Şirzadov, Amit Qurban, Murad Mustafazadə, Zakir Babazadə, İsmayil Əliyev, Nihad Tağıyev, Jordan Deangelo Davis) öz gücünü sınayacaq. Tahir Baxşıyevin yetirmələri Slovakiya, Böyük Britaniya, Rusiya, Niderland komandalarıyla birlikdə çempionatın "B" qrupunda yer alıblar. Onlar ilk görüşünü iyulun 14-də Rusiya yığmasına qarşı keçirəcək.
Daha sonra iyulun 23-dən 30-na kimi Elşən Yusubovun başçılığı altında U16 yığma komandamız (Jəbrayıl Əkbərov, Fikrət Ələkbərov, Rəvan Əliyev, Ülvi Əzimov, Adil Çaybasarskiy, Ramiz Quliyev, Ceyhun Həsənli, Papuna Kirtadze, Rüstəm Mürvətov, Əli Səfərli, Məhəmməd Səfixanlı, Tsotne Nodia) Andorrada keçiriləcək yeniyetmə oğlanlardan ibarət U16 yaş qrupunda Avropa Çempionatına (Div C) qatılacaq.
Və nəhatət iyulun 28-dən avqustun 6-na kimi Tallində (Estoniya) U18 yaş qrupunda Avropa Çempionatı (Div B) keçiriləcək. Ölkəmizi bu yarışda Samit Nuruzadənin rəhbərliyi altında U18 millimiz təmsil edəcək (Nadir Əsədov, Nəcəf Babayev, Ercan Donat, Emin Qarayev, Saadettin Donat, Hüseyn İsmayılov, Mert İlhan, Tornike Julakidze, Vuqar Məmışov, Kamran Məmmədov, Şirzad Şirzadov, Elijah, Mollenhauer).