"QARABAĞ"IN MÜMKÜN RƏQİBİ MÜƏYYƏNLƏŞDİ

ESTAFET/ Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə mərhələnin 15 qarşılaşması müəyyənləşib.

Püşkatma iki hissədə keçirilib. Çempionlar yolunda II təsnifat mərhələsinin 17 cütü və mübarizəyə yeni qoşulacaq 3 komanda çıxış edəcək. Onlar 10 cütlük təşkil edib.

Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşan Ağdam təmsilçisi “Şerif” (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu cütdə ilk görüş Azərbaycan və Gürcüstan çempionlarının qalibinin meydanında keçiriləcək.