Sərxan Əliyev Avropa Oyunlarında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında ikinci qarşılaşmasına çıxıb. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı Eskerxan Madiyevlə (Gürcüstan) üz-üzə gəlib.

İlk görüşündə Mixal Takacsi (Slovakiya) mübarizədən kənarlaşdıran Əliyev yenə rinqdən qalib ayrılıb. O, Madiyevi 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edib.

Sərxan 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.

Qeyd edək ki, bu gün daha 3 boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soareslə (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryanla (Ermənistan) və Məhəmməd Abdullayev (+92 kq) Nikoloz Beqadze (Gürcüstan) ilə döyüşəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV