"QƏBƏLƏ", "İNTER" VƏ "ZİRƏ"NİN MÜMKÜN RƏQİBLƏRİ BİLİNDİ

ESTAFET/ Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə yeni qoşulacaq 25 klub iştirak edib.

Onlar növbəti raundun 29 cütünü təşkil edib. Azərbaycan klublarından "Qəbələ", "İnter" və "Zirə"nin də mümkün rəqibləri bilinib.

"Qəbələ" - "Yagelloniya" cütünün qalibi "Panatinaikos"la (Yunanıstan) ilə üz-üzə gələcək. "Qara-qırmızılar" mərhələ keçəcəyi təqdirdə, ilk oyun səfərdə keçiriləcək.

"Astra” - "Zirə" qarşılaşmasının qalibi isə "Aleksandriya" (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qəsəbə klubu inanılmazı kerçəkləşdirsə, ilk oyunu evdə oynayacaq.

"İnter" – "Fola" cütündə güclü olan klub isə "Ostersund" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bu cütün ilk oyunuda skandinavlar qalib gəlib - 2:0. Bu cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.

Xatırladaq ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.