FIDE QRAN PRİ SERİYASI - CENEVRƏ: VIII TUR
ESTAFET/ Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 3-cü Qran Prisi davam edir. Bu gün turnirdə səkkizinci turun oyunları oynanılıb.
Bildirdiyimiz kimi, seriyada Azərbaycan Qran Pri seriyasında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunur. Bu turnir Şəhriyar üçün sonuncu olsa da, Teymur bundan başqa sonuncu Qran Pridə də iştirak edəcək.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Qrişuk (Rusiya) - Məmmədyarov 0,5:0,5

Rəcəbov - Ryazantsev (Rusiya) 0,5:0,5
Gelfand (İsrail) - Elyanov (Ukrayna) 0,5:0,5
Salem (Misir) - Şvidler (Rusiya) 0,5:0,5
Li Çao (Çin) - Harikrişna (Hindistan) 1:0
Yakovenko (Rusiya) - İnarkiyev (Rusiya) 0,5:0,5
Hou Yifan (Çin) - Giri (Hollandiya) 0:1
Nepomnyaşıy (Rusiya) - Aronyan (Ermənistan) 1:0
Səkkiz turdan sonra Teymur Rəcəbov 5,5 xalla turnir cədvəlinə təkbaşına liderlik edir. Rus şahmatçılar Nepomnyaşıy və Qrişuk 5 xalla Teymuru izləyirlər. Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov liderdən 1 xal geri qalır.