Azərbaycan boksçuları Avropa Oyunlarını "Top-7"də başa vurub

ESTAFET/ Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışlar başa çatıb.

42 ölkənin iştirakı ilə 10 gün davam edən mübarizənin yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Avropa Oyunlarında 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala yiyələnib. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.

Ümumilikdə 18 ölkə Polşada medala sahib olub. Onlardan isə cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya qərarlaşdığı halda, 3-cü pilləyə Bolqarıstan və Böyük Britaniya şərik olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

1 Fransa 2 0 1

2 İtaliya 1 0 2

3 Bolqarıstan 1 0 1

3 Böyük Britaniya 1 0 1

5 Danimarka 1 0 0

5 Ukrayna 1 0 0

7 Azərbaycan 0 1 1

7 İspaniya 0 1 1

7 İrlandiya 0 1 1

7 Türkiyə 0 1 1

11 Xorvatiya 0 1 0

11 Gürcüstan 0 1 0

11 Serbiya 0 1 0

14 Belçika 0 0 1

14 Almaniya 0 0 1

14 Macarıstan 0 0 1

14 Polşa 0 0 1

14 İsveç 0 0 1

Müəllif: Natiq NƏSİROV