"Neftçi" Macarıstanın "Qyor" klubunu da məğlub etdi

ESTAFET/ "Neftçi" qrupda ikinci oyununda Macarıstanın "Qyor" klubuna 18-14 hesabı ilə qalib gəlib.

Təmsilçimizin qrupda sonuncu oyunu Bakı vaxtı ilə saat 22:05 -də Litva millisinə qarşı olacaq.

Qeyd edək ki, "Neftçi" qrupu lider bitirərsə birbaşa 1/2 finala, 2-ci və ya 3-cü tamamlayacağı halda isə 1/4 finala vəsiqə qazanacaq.

Müəllif: Məsim MƏSİMZADƏ