Dünya Qran Pri seriyası - Yekun sıralama

ESTAFET/ Beynəlxalq Şahmat Federasiyasının Şahmat Tacı uğrunda görüşə vəsiqə verən İddialıların Turnirinə qatılmaq üçün keçirdiyi Qran Pri seriyasının mərhələləri başa çatdı. 

 

4 mərhələdən ibarət olan seriyada Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirdilər. Şəhriyar ilk 3 mərhələdə yüksək səviyyədə iştirak edərək topladığı xallarla İddialıların turniri üçün öz yerini təmin etmişdi.

 

Uzun sürən susqunluqdan sonra nəhayət ki, Teymur çox gözəl çıxış edərək 6 xalla Cenevrə Qran Prisini vahid lider bitirərək son mərhələ öncəsi böyük üstünlük qazanmışdı. Hətta son mərhələnin son turunadək İddialıların turnirinə vəsiqə Teymurun öz əlində idi - bunun üçün o macar Rixard Rapportu məğlub etməliydi. Lakin ağ fiqurlarla oynamasına baxmayaraq, şahmatçımız bü üstünlükdən yararlana bilməyib və yekub sıralamada 3-cü olaraq vəsiqənin bir addımlığında dayanıb. 

 

Dörd mərhələnin yekununda ümumi sıralama aşağıdakı kimi formalaşıb. 

 

Ölkə Şahmatçı Reytinq Xal
 1  AZE  Məmmədyarov 2800  340 
 2  RUS  Qrişuk 2782  336,4 
 3  AZE  Rəcəbov 2741  312,8 
 4  CHN  Dinq Liren 2774  311,4 
 5  RUS  Yakovenko 2721  236 
 6  FRA  Vaşyer-Laqrav 2796  231,4 
 7  USA  Nakamura 2780  212,8 
 8  RUS  Svidler 2763  202,8 
 9  RUS  Nepomnyaşı 2732  198 
 10  ARM  Aronyan 2801  173 
 11  IND  Harikrişna 2738  151,4 
 12  NED  Giri 2775  137,4 
 13  ENG  Adams 2721  133 
 14  HUN  Rapport 2692  98,9 
 15  RUS  Tomaşevski 2702  94,4 
 16   CHN  Li Çao 2741  91 
 17  CHN  Hou Yifan 2680  80,9 
 18  RUS  Ryazantsev 2651  64 





 19   UKR   Elyanov 2707  56 
 20   ESP   Valyexo 2705  38 
 21   ISR   Gelfand 2719  32,5
 22   RUS   İnarkiyev 2683  25 
 23   NOR   Hammer 2629  11,5 
 24   EGY   Salem 2638  7 

 

Xatırladaq ki, 4 mərhələdən ibarət olan Qran Pri seriyasında yekunda ən çox bal toplayan 2 şahmatçı Dünya Şahmat Tacı uğrunda oyuna vəsiqə verən İddialıların Turnirinə qatılma hüququ qazanacaqdı. Seriyada 24 şahmatçı mübarizə aparırdı. Hər şahmatçı 3 mərhələdə iştirak etməli idi.