Millimiz ikinci oyunu da uduzdu

ESTAFET/ Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxıb.
Yığmamız Estoniya ilə üz-üzə gəlib.
"Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilən matç rəqibin 7:4 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Elşad Manafov dubl edib. Komandamızın digər qollarını isə Orxam Məmmədov və Fuad Hüseynov vurub.
A qrupunun digər oyununda isə İtaliya Moldovanı 3:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.
