"Neftçi" mərhələnin bir nömrəli favoritinə qalib gəldi

ESTAFET/ 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq mərhələsində ilk oyun gününün görüşləri davam edir.
A qrupunda ilk oyununu keçirən təmsilçimiz "Neftçi", Friburq mərhələsinin reytinq xallarına görə bir nömrəsi sayılan Kanada millisinə 15-13 hesabı ilə qalib gəlib.
"Neftçi" nin qrupda sonuncu oyunu bu gün Bakı vaxtı ilə saat 22:00 -da Malayziya seçməsinə qarşı baş tutacaq.
