Günün son oyunları - Çimərlik futbolu

ESTAFET/ Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsinin son qrup oyunları keçirilir. Qeyd edək ki, dörd ayrı qrupda yer alan on altı komandadan yalnız səkkizi bazar günü dünya çempionatına vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

D qrupu
Belarus - İsveçrə  9:6

İsveçrəlilər ilk 12 dəqiqədən sonra iki top fərqi ilə önə keçiblər. Belə ki, Kessler hesabı açıb, hissənin sonunda isə Rüttimann fərqi ikiyə çatdırıb.

İkinci hissədə səkkiz qol iki tərəf arasında bərabər bölündü. İsveçrəlilərdən Ott dubl etdi, Steinemann qol vurdu və Bokach avtoqola imza atdı.  Mahaletski, Bokaç və Rikabonun dublu belarusların dörd zərbəsini təşkil etdi.

Son hissədə İsveçrə 6-4 hesabı ilə öndə olsa da, son 12 dəqiqədə Rikabo het-trikini tamamladı, Brıştsel dubl etdi, həmçinin Kanstantsinau və Hardzetski də yenidən fərqləndi.

Bu nəticə belarusların D qrupunda doqquz xalının hamısını toplayaraq üçüncü qələbəsini təmin etdi.

C qrupu
Portuqaliya - Yunanıstan  5:1

Portuqaliya qrup mərhələsinin son oyunundan əvvəl Yunanıstana qarşı C qrupunda qalib gəlmişdi, lakin yenə də onların hesablarına daha çox xal əlavə etmək şansları var idi.

Açılış dövründə heç bir tərəf hesabı aça bilmədi, lakin ikinci dövrədə Portuqaliya üç qol vurdu. Be Martins dubl etdi, Cordan da beşinci dəqiqədə fərqləndi.

Üçüncü hissədə Pinhal Portuqaliya komandasının dördüncü qolunu vurdu və Bernardonun baş zərbəsi onların beşinci qolu oldu.

A qrupu
İtaliya - Azərbaycan  3:2

Qrup mərhələsinin son günündə bir çox komandalar kimi, növbəti mərhələyə yüksəlmək baxımından ev sahibləri Azərbaycan və A qrupunun liderlərindən İtaliya da matçın nəticəsindən asılı olmayaraq, talelərinin eyni qalacağını bilirdi.

İtaliya Miceli və Remedi ilə iki dəfə fərqlənərək Bakıda hesaba öndə başladı. Ramil Əliyev italiyalı qapıçı Paternitiyə qarşı cərimə zərbəsini dəqiq yerinə yetirdiyi üçün azarkeşlərimiz açılış vaxtının bitməsinə iki dəqiqədən az bir vaxt qalmış sevincə qərq olmuşdu.

Azərbaycan ikinci hissədə bərabərlik qolunu vurdu, İtaliya qolunun müəllifi Miceli topu öz qapısına göndərdi. Bununla belə, Zurlo bir dəqiqə keçməmiş İtaliyanın qol üstünlüyünü bərpa etdi.

İtalyanlar axırıncı hissədə bir qol üstünlüyünü qoruyub saxlayaraq yarışı 100%-lik nəticə ilə davam etdirdilər.

B qrupu
İspaniya - Polşa  4:2

Qrup mərhələsinin sonuncu matçı gərgin mübarizə şəraitində keçdi.

İlk hissədə ispanlar avtoqol etsələr də (Oliver,8-ci dəqiqə) çox keçmədən Çiki hissənin sonunda hesabı ispanların xeyrinə bərabərləşdirdi.

İkinci hissədə Çiki dubl edərək komandasının üstünlüyünü təmin edə bildi. Bu hissənin beşinci dəqiqəsində Broçoki (Polşa) yenidən bərabərlik gətirdi. Bundan sonra ispanlar fəallaşaraq dalbadal iki qola imza atdılar. (Pedro və Çiki)

Son hissə çox gərgin keçdi, belə ki komandalar ümumi dörd sarı karta məruz qaldılar. Bunlardan üçü polyaklara göstərildi, lakin qol müşahidə olunmadı.

Yekunda ispanlar 2 qolluq üstünlüklərini qorudu və matç 4:2 hesabı ilə onların xeyrinə bitdi.

Sabah və bazar günü komandaların 9-16-cı sıralarını müəyyənləşdirmək üçün play-off mübarizələri başlayacaq.

İyulun 9-u, bazar günü ümumilikdə son üç gün ərzində ən yüksək nəticə göstərmiş səkkiz komanda təsnifatda mübarizə aparacaq. Onların arasında keçiriləcək dörd matçın nəticələrinə əsasən dörd ən güclü komanda növbəti ilin fevralında BƏƏ-də keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV