Türkiyə, İspaniya və Portuqaliyadan qələbələr - Çimərlik futbolu

ESTAFET/ Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsi davam edir. Bu gün daha səkkiz matç keçirilib

D qrupu
Türkiyə - İsveçrə  3-2 

Günün D qrupunun ikinci matçında İsveçrə Türkiyə ilə qarşılaşdı və hər iki ölkə bundan öncəki ilk matçlarında məğlubiyyətlə üzləşmişdi.

İlk 12 dəqiqədən sonra hər iki komanda yuxarıdan vurulan zərbələrlə qolu hesablarına yazdırdıqdan sonra hesab bərabərləşdi. Türkiyə millisindən Cem Keskin, İsveçrə millisindən Hodel əla akrobatik zərbə ilə komandalarının hesabına eyni sayda qolu yazdırdı.

Qarşılaşmanın taleyi ikinci hissədə həll olmadı, heç bir tərəf qapını hədəf ala bilmədi.

Son hissədə Türkiyə oyunçuları bir dəqiqədən az müddətdə Volkan və Cem Keskinin qol vurması ilə komandalarını önə çıxardı. (3:2) İsveçrəli Hodel dubl etsə də, bu, komandası üçün kifayət olmadı. Nəticədə İsveçrə turnirdən kənarda qaldı.

C qrupu
Portuqaliya - Fransa  7:3

C qrupunun ikinci matçında Portuqaliya və Fransa Bakıda üz-üzə gəlib.

Birinci hissədə Fransız futbolçunun avtoqolu Portuqaliyanı önə keçirdi, lakin Bru və Barbottinin qolları ilk hissənin bitməsinə üç dəqiqədən az vaxt qalmış Fransanı önə keçirdi. Çox keçmədən portuqaliyalı Cordan aşağı küncə yaylım zərbəsi vuraraq, azarkeşlərə gözəl bir qol yaşatdı.

Brunun ikinci dövrənin açılışında qola imza atmağına baxmayaraq qapıçı Andradenin möcüzəvi zərbəsi, eləcə də Koimbra və Pintadonun qolları Portuqaliyanı 5-3 hesabı ilə önə keçirdi.

Üçüncü hissənin əvvəlində Portuqaliya qol fərqini üçə çatdırdı, çünki Bernardo cərimə zərbəsi nəticəsində sol alt küncü hədəflədi və Koimbra portuqalların seçmə mərhələdəki ikinci qələbələrini öz qolu ilə tamamladı.  

Bununla da, turnirin liderlərindən sayılan Portuqaliya ikinci qələbəsinə qovuşdu.

A qrupu
Azərbaycan - Estoniya  4:7

Estoniya Azərbaycanı 7:4 hesabı ilə məğlub edib.

Ev sahibi Azərbaycan A qrupunda Estoniya ilə qarşılaşıb.

Millimizin qapısına qayda pozuntusu nəticəsində ilk dörd dəqiqə ərzində iki penalti təyin edildi. Birinci penaltini Estoniya komandasından Rump, ikincisini isə ardınca Mäeorg yerinə yetirdi.

Müdafiəçimiz Fuad Hüseynov səkkizinci dəqiqədə millimizin ilk qolunu hesabımıza yazdırdı. Lakin çox keçmədən rəqib komandanın oyunçusu Lepik komandasının üçüncü qoluna imza atdı. Birinci hissənin sonlarında hücumçu Orxan Məmmədov yerli azarkeşləri sevincinə səbəb olan ikinci qolu atdı, hissə 3:2 hesabı ilə estonların xeyrinə bitdi.

İkinci hissədə Estoniya ardıcıl üç dəfə qol vurdu, Rump het-trikini tamamladı, Marmor isə ilk qolunu vurdu. Elşad Manafov ikinci hissənin sonlarında fərqlənə bildi və millimizin matçdakı üçüncü qoluna adını yazdırdı. (6:3)

Estonlar son hissəyə üç top fərqi ilə üstün başladılar və Nõmmiko matçda yeddinci, Elşad Manafov isə ikinci qolunu vuraraq millimizin bu qarşılaşmadakı yekun qolunu təmin etdi.

7:4 hesabı ilə başa çatan qarşılaşma nəticəsində Azərbaycanın turnirdən kənar qaldı.

B qrupu
İspaniya - Litva  7:2

Günün son qarşılaşması B qrupunun favoritlərindən olan İspaniya və Litva arasında baş tutub.

Ümumilikdə doqquz qolun atıldığı oyunda ilk qolu litvalılar atıb, Naviçkas ilk 3-cü dəqiqədə fərqlənib. Təxminən bir dəqiqədən sonra ispan millisindən Pedro bu qola cavab olaraq komandasının hesabına xal yazdırıb.

İkinci hissə ispanların liderliyi şəraitində keçib. Üç dəfə fərqlənən (David, Antonio və Arias) ispanlar üçüncü hissəyə üstün yollanıb. Litvalılar bu hissədə bir dəfə fərqlənə bilib. (5:2) (Makunutoviçius, ikinci hissənin beşinci dəqiqəsində)

Son hissədə ispanlar qələbəyə daha da yaxınlaşdıran iki qol qeydə alınıb, səkkizinci və üçüncü dəqiqədə Batis dubl edib.

Sabah iyulun 7-də səkkiz matç baş tutacaq, millimiz son qarşılaşmasını İtaliya millisi ilə keçirəcək. Matç 18:45-də başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV