Avropa üzrə əsas seçmə mərhələsinin yekun oyunları keçirilir - Çimərlik futbolu

Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsinin yekun oyunları keçirilir

Bu gün seçmə mərhələ çərçivəsində dörd pley-off qarşılaşması və dünya çempionatının dördə bir final mərhələsində səkkiz komandanın mübarizəsi baş tutacaq.

13-14-cü yerlər uğrunda Azərbaycan-İsveçrə (11:00), 15-16-cı yerlər üçün Litva-Yunanıstan (12:15) qarşılaşmaları keçiriləcək. 11-12-ci yerləri aydınlaşdırmaq üçün 13:30-da Polşa-Almaniya üz-üzə gələcək, seçmə mərhələnin son pley-off oyunu isə 9-10-cu yerlər üçün Türkiyə-Estoniya arasında keçiriləcək. (14:45)

Dünya çempionatına vəsiqə qazanmaq üçün Belarus-Fransa, Portuqaliya-Danimarka, Ukrayna-Moldova, İtaliya-İspaniya qarşılaşmaları turnirə yekun vuracaq. Onların arasından yalnız dörd qalib komanda BƏƏ-də keçiriləcək dünya çempionatına yollanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV