Azərbaycan penaltilər seriyasında İsveçrəni məğlub edib - Çimərlik futbolu

Azərbaycan penaltilər seriyasında İsveçrəni 5:4 hesabı ilə məğlub edib

13-cü və 14-cü yerləri müəyyənləşdirmək üçün keçirilən pley-off matçında İsveçrə ev sahibi Azərbaycanla üz-üzə gəlib.

Üç hissə və əlavə vaxt ərzində 6:6 hesablı heç-heçə ilə yekunlaşan qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub.  

Beləliklə, Azərbaycan 5-4 hesabı ilə qalib gələrək çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsini 13-cü, İsveçrə isə 14-cü yerdə başa vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV