Gimnastlarımızdan daha bir bürünc

ESTAFET/ Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüb.

Xatırladaq ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanmışdı. 

Müəllif: Bəhruz MƏMMƏDOV