“Kəpəz”dən qapıçısı ilə yeni müqavilə

ESTAFET/ “Kəpəz” qapıçı Kamran İbrahimovla müqaviləni yeniləyib.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni müqaviləyə əsasən, İbrahimov daha bir il bu klubun şərəfini qoruyacaq.

Xatırladaq ki, İbrahimov “Kəpəz”ə ötən il “Neftçi”dən azad agent kimi keçmişdi.

Müəllif: Bəhruz MƏMMƏDOV