Səid Nəcəfzadə dünya çempionatının bürünc medalını qazandı

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Səid Nəcəfzadə Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında uzunluğa tullanma növündə 7.11 m nəticə göstərərək dünya çempionatının bürünc medalına sahib çıxıb. Bununla S.Nəcəfzadə Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, daha öncə milli komandanın üzvləri Lamiyə Vəliyeva və Oloxan Musayev Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV