LEGİONERLERİ GƏNCƏLİLƏRƏ QOŞULDU

ESTAFET/ Türkiyədə çalışmaları davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub. Söhbət əcnəbi oyunçulardan gedir. Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor, Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.


1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.


“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandamızın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib.