"Neftçi" Priştina mərhələsində məğlubiyyətsiz irəliləyir

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Priştina mərhələsində ilk oyun gününün görüşləri yekunlaşıb.

B qrupunda ikinci oyununu keçirən qadın millimiz "Qyor" (Macarıstan) klubuna 9-21 hesabı ilə məğlub olaraq mübarizəni qrupdaca dayandırıb. D qrupunda qərarlaşmış təmsilçimiz "Neftçi" isə ikinci oyununda Kosova millisinə 20-9 hesabı ilə qalib gəlməyi bacarıb və qrup lideri kimi 1/4 finala vəsiqəni təmin edib. 1/4 finalda "Neftçi"  nin rəqibi "Qyor" (Macarıstan) klubu olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00 -da baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ