Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"QƏBƏLƏ" CAVAB OYUNUNUN HAZIRLIQLARINA BAŞLADI -
"QƏBƏLƏ" CAVAB OYUNUNUN HAZIRLIQLARINA BAŞLADI

ESTAFET/ UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yollanıb. “Qırmızı-qaralar” Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan komandamız axşam məşqi ilə kifayətlənib. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.