Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Region yürüşü" adlı veloyürüş keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq iyulun 29-30-da "Region yürüşü" adlı veloyürüş təşkil edilib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Velosiped İdman Klubu, Azərbaycan Respublikasının Gənclər Fondu və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş veloyürüşə 25-dən çox velosipedçi qatılıb.

Yürüşdə təşkilatçı qurumların üzvləri ilə yanaşı, milli komandamızın velosipedçiləri və yerli sakinlər də iştirak ediblər.

İyulun 29-da iştirakçılar Şəkidən start götürərək Oğuz rayonundan keçib, yenidən Şəkiyə qayıdıblar. Onlar 60 km məsafə qət ediblər.

İyulun 30-da isə velosipedçilər 60 km məsafəni əhatə edən Şəki-Qax-Şəki marşrutu üzrə hərəkət ediblər.

Yürüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, yerli sakinlər velospedçiləri böyük maraqla qarşılayıb, onları coşğu ilə dəstəkləyiblər.

Müəllif: Bəhruz MƏMMƏDOV