U-18 millimiz Cəbəllüttariq yığması ilə qarşılaşacaq

3 avqust tarixində Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun qrup oyunları yekunlaşıb.
A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı sonuncu oyununda Moldova yığması ilə üz-üzə gəlib və rəqibinə 64-70 hesabı ilə məğlub olub.
Qrupda 3-cü pilləni tutmuş U-18 millimiz, 5-9 -cu yerlər uğurunda oyunda Cəbəllütariq yığması ilə qarşılaşacaq.
Oyun 4 avqust saat 15:00 -da baş tutacaq.
