"Neftçi" Praqa mərhələsinə qələbə ilə start verdi

Çexiyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində qrup oyunları davam edir.

Praqa mərhələsində qrupa düşmək uğrunda mübarizə aparan qadın millimiz ilk görüşündə 9-20 hesabı ilə Çili yığmasına, ikinci oyununda isə 13-21 hesabı ilə İsveçrə millisinə məğlub olaraq mübarizəni təsnifat mərhələsindəcə dayandırıb. C qrupunda qərarlaşmış təmsilçimiz "Neftçi" isə, ilk görüşündə Latviya millisinə 16-14 hesabı ilə qalib gəlib. "Neftçi" qrupdakı növbəti oyununu Bakı vaxtı ilə saat 17:30 -da Litva seçməsinə qarşı keçirəcəkdir.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Müəllif: Məsim MƏSİMZADƏ