Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
BİLETLƏR SABAHDAN ETİBARƏN SATIŞDA: - "QARABAĞ" - "ŞERİF"
BİLETLƏR SABAHDAN ETİBARƏN SATIŞDA: "QARABAĞ" - "ŞERİF"

ESTAFET/ Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasının biletləri satışa çıxır. Azarkeşlər iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

 

Qeyd edək ki, "Qarabağ" – “Şerif" matçı iyulun 25-i saat 21:00-da start götürəcək.

 

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11 və 18 nömrəli sektorlar – 3 AZN

12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN

VİP - 50 AZN