"İNTER" BÖYÜK HESABLA MƏĞLUB OLDU

ESTAFET/ Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilb. Oyunların birində təmsilçilərimizdən "İnter" Lüksemburq səfərində meydana çıxıb. Azarkeşlər Zaur Svanadzenin yetirmələrinin evdə qazandığı minimal (1:0) üstünlüyünü qoruyacağına inanırdılar. Lakin "Fola" gözlənilmədən "bankirlər"i böyük hesabla məğlub edib. 

Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul


21:30. "Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan) 4:1

Baş hakim: Donatas Rumsas
Yan xətt hakimləri: 
Vladimir Gerasimov, Aleksandr Radius 

Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş. Emil Mayriş stadionu
İlk oyun – 0:1