Dünya Kuboku: Nicat Abasov 18 finalda

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 116 final mərhələsinin tay-brek görüşlərinə start verilib.

Azərbaycan təmsilçisi Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə Dünya Kubokunun 18 final mərhələsinə vəsiqə qazanıb.

Nicat Abasovla Pyotr Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Nicat rəqibin piyadasını götürərək P.Svidlerin təşəbbüsünün qarşısını alıb. Sonda təmsilçimiz gözlənilməz taktiki gedişlə ağların məğıubiyyətini rəsmiləşdirib.

Qeyd edək ki, Dünya Kubokunda 18 final mərhələsinin ilk oyunları sabah baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.

Müəllif: Natiq NƏSİROV