Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycan samboçusu Rəsul Aydəmirov medal qazanıb -
Azərbaycan samboçusu Rəsul Aydəmirov medal qazanıb

Belarusda keçirilən II MDB Oyunlarının son günündə Azərbaycan samboçusu Rəsul Aydəmirov medal qazanıb.

Azərbaycan Sambo Federasiyasından verılən məlumata görə, 98 kq çəki dərəcəsində yarışan idmançımız bürünc medala yiyələnib.

O, həlledici görüşdə Qazaxıstan samboçusu Əlibəy Zekenova qalib gəlib.

Müəllif: Bəhruz MƏMMƏDOV