Cənub bölgəsində yeniyetmə cüdoçular arasında region birinciliyi start götürüb

U-15 yeniyetmələr arasında Cənub bölgəsi üzrə region birinciliyi start götürür
15 avqustda Masallı Olimpiya İdman Kompleksində 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Cənub bölgəsi üzrə region birinciliyi keçirilir.
Yarışda Cənub regionunu təmsil edən 6 komandadan 91 cüdoçu 20 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Yarışın nəticələrini, həmçinin ilkin və final görüşlərini bu linkdən canlı izləyə bilərsiniz - https://portal.judomanager.com/competition/jr_u_15_kicik_yasli_yeniyetmeler_cenub_bolgesi2023
