"İdman hamı üçün" layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə tədbir keçirilib

Avqustun 19-da Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə tədbir keçirilib.
“Nizami Gəncəvi" parkı ərazisində baş tutan tədbirdə bütün yaş qruplarından olan insanlar proqrama qoşularaq, idman mütəxəssislərinin rəhbərliyi altında müxtəlif idman növləri üzrə normativləri yerinə yetiriblər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
