Qadın voleybolçulardan ibarət millimiz Yunanıstan yığmasına qalib gəlib

Avropa çempionatında çıxış edən qadın voleybolçulardan ibarət millimiz növbəti qələbəsini qazanıb. Komandamız bu gün Yunanıstanla qarşılaşıb. Gərgin keçən bu matçda voleybolçularımız 3:2 hesabi ilə qələbə qazanıblar.
Bu oyundan 2 xalla ayrılan komandamız ümumi xalların sayını 5-ə çatdırıb.
Avropa çempionatı
22 avqust
C qrupu
Azərbaycan - Yunanıstan 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12)
