GƏNC CÜDOÇULAR PRAQADA MEDAL QOYMADI

ESTAFET/ Çexiyanın paytaxtı Praqa şəhərində gənclərin cüdo üzrə Avropa kuboku keçirilir.

 

Azərbaycan cüdoçuları bu mötəbər yarışda rəqib tanımayıblar. Gənc cüdoçularımız 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ilk gündə maksimum nəticə əldə ediblər.

 

Rəşxan Baxşəliyev (55 kq), Əhməd Yusifov (60 kq), Nəzakət Əzizova (52 kq) qızıl, Rövşən Əliyev (55 kq), Kəramət Hüseynov (60 kq), Hasil Cəfərov (73 kq), Leyla Əliyeva (48 kq) gümüş, Balabəy Ağayev (55 kq), İsmayıl İbrahimov (66 kq), Yaqub Cavadov (66 kq) və Murad Fətiyev (73 kq) isə bürünc medal qazanıblar.

 

Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunur.