"Olimpiya çəki dərəcəsində ilk qızıl medalı qazandıq" - Millimizin baş məşqçisi
ESTAFET/ "Sevindirici haldır ki, Azərbaycan taekvondoçusu Olimpiya çəki dərəcəsində ilk dəfə olaraq Avropa çempionu olur".
Bunu Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Məmməd Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, taekvondo üzrə yarışda böyüklərdən 7 nəfər, gənclərdən isə 13 idmançımız iştirak edib.
M.Abdullayev, həmçinin deyib: "Bu, Azərbaycan Takevondo Federasiyasının uğurudur. Gənclərin hər birininin çıxışı qənaətbəxş idi. Bütün idmançılarımız yaxşı nəticə əldə etdilər. Bu münasibətlə Azərbaycan Taekvondo Federasiyasını təbrik edirəm".