"ÇOX ÇƏTİN OYUN OLACAQ" - QURBANOV

ESTAFET/ "Qarabağ" sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Moldovanın "Şerif" klubunu qəbul edəcək. Baş məşqçimiz Qurban Qurbanov bu gün keçirilən oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Çox çətin oyun olacaq. Demək olar ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqibi analiz etmişik, çalışmışıq ki, zəif cəhətlərini futbolçularımıza göstərə bilək. "Şerif"in bir neçə oyun stili var və bunu meydanda göstərməyə çalışırlar. Rəqibin həmlələrinin qarşısını almağa çalışacağıq. Bunu nə qədər bacaracağımızı sabah görəcəyik. Bizə inanan hər kəsə təşəkkür edirik. Oyunöncəsi fikirlər çox olur. Hətta bizi favorit qismində görməyənlər də var. Amma biz buna öyrəşmişik və həmişə olduğu kimi rəqibə ciddi yanaşırıq. Biz nə qədər çox istəyiriksə, rəqib də o qədər qələbə arzusundadır. Rəqibin heyətində 7 yeni futbolçu var və onların hər biri təcrübəli oyunçulardır. Düşünürəm ki, bu bizim ən ağır oyunlarımızdan biri olacaq".