Denis Bablyuk: "yarış çox çətin keçdi"

Kişilər arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəş açma növündə 384 xal toplayan ukraynalı idmançı Denis Bablyuk birinci olub. Gümüş medalı da ukraynalı qazanıb. İqor Kizima 381 xal yığaraq ikinciliyi bayram edib. Bürünc medal aktivinə 381 xal yazdıran Kris Qrosshemin payına düşüb.
Komanda növündə Ukrayna birinci, Finlandiya ikinci, Koreya üçüncü olub.
Denis Bablyuk da mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşüb:
“Yarış çox çətin keçdi. Amma diqqətimizi cəmləyib uğur qazana bildik. Nəticədə həm fərdi, həm də komanda yarışında uğur qazandıq. Çempionat da çox gözəl təşkil olunub. Bakı Atıcılıq Mərkəzi yüksək səviyyədədir. Burada hər şey əladır. Təşkilatçılığa ideal səviyyədədir. Yaradılan şəraitə görə hər birinizə təşəkkür edirik”.
