Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyadan Vətənə qayıdıblar

Dünya çempionatından dönən cüdoçularımız havalimanında böyük çoşqu ilə qarşılandı
23-27 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdolarımız Vətənə qayıdıb.
İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Çempion komandanı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla 8 medal, qarışıq komanda yarışlarında isə gümüş medal qazanıblar.
