Şəhid Fidat Məmmədovun xatirəsinə həsr olunmuş İDMAN TURNİRİ - FOTO

Avqustun 29-da Qazax rayonunun Daş Salahlı kəndində Birinci Qarabağ Müharibəsinin şəhidi, "Hərbi Xidmətə görə " medalı ilə təltif olunmuş Məmmədov Fidat Əhməd oğlunun xatirəsinə həsr olunmuş 2011- 2013- cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Qazax rayon birinciliyi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax- Tovuz Regional Gənclər və idman İdarəsinin, Qazax UGİM- nin və Qazax rayon Daş Salahlı kənd Şahin Cəbiyev adına 2 saylı tam orta məktəbin 2006-CI İL MƏZUNLARInın birgə təşkilatçılığı ilə keçirilən yarışda qalib adı uğrunda 114 nəfər idmançı iştirak edib.

Öncə yarış iştirakçıları Daş Salahlı kəndində şəhid F.Məmmədovun adını daşıyan mərkəzi küçədəki barelyefi ziyarət ediblər, barelyef önünə 2006-cı il məzunlarından xatirə olaraq, əklil və gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla anılıb.

Yarışın açılış mərasimində öncə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətində şöbə müdiri, 3- cü dərəcəli "Rəşadət" ordeni, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuş, Qarabağ müharibəsi əlili Samir Çobanov,

Aucune description disponible.

Qazax- Tovuz Regional Gənclər və idman İdarəsinin rəisi Əziz Məsmalıyev,

Aucune description disponible.

Qazax- Tovuz Regional Gənclər və idman İdarəsinin sektor müdiri, SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi Sahib Namazov,

Aucune description disponible.

Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səbuhi Əliyev,

"Qazax' Xeyriyyə İctimai Birliyinin mətbuat katibi, tanınmış jurnalist, yazıçı Səbinə Yusif,

Aucune description disponible.

Şəhid Fidat Məmmədovun döyüş yoldaşı Nüsrət Aşurov,

Aucune description disponible.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev,

Aucune description disponible.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev,

Aucune description disponible.

AzEdu.az təhsil portalının baş redaktoru, tanınmış jurnalist Ayyət Əhməd,

Aucune description disponible.

2006-cı il məzunuİnqilab Mansurov,

Aucune description disponible.

Daş Salahlı kənd sənətkarlıq evinin direktoru Natəvan Mustafayeva

Aucune description disponible.

çıxış edərək, şəhidlik zirvəsinin müqəddəsliyindən, vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirərək, bu cür yarışların keçirilməsinin əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, əsas məqsəd şəhidlərimizin şərəfli həyat və döyüş yolunu təbliğ etmək, yeniyetmə və gənclər arasında vətənpərvərlik hissini gücləndirmək, “idman sağalamlığın rəhnidir” devizi altında onları idmana təşviq etməkdir.

Bundan əlavə izhar olunub ki, şəhidlər vurulanda deyil, unudulanda ölürlər, şəhidlərimizi daim yaşatmalıyıq:

“Bu məşhur kəlamı hər bir azərbaycanlı dövlət himnimiz kimi əzbər bilməlidir. Torpağa su qatanda palçıq, qan qatanda vətən olur. Digər şəhidlərimiz kimi Fidat Məmmədov da öz qanını bu adi qara torpağa qatıb, onu vətənə çevirdi. Hər bir soydaşımız şəhidlərimizi anmalı, onların adını daim uca tutmalı və yaşatmalıdır. Vətən uğrunda canlarından keçənlər ölmürlər, ölümsüzlük zirvəsinə yüksəlirlər, həmşəyaşar olurlar. Çünki şəhidlər o dünyada cənnətə köç edib, bu dünyanı cənnətə çevirənlərdir. Belə şəxsiyyətləri nə zaman, nə tarix, nə də xalq unudur”.

Eyni zamanda diqqətlərə ərz olunub ki, vətənpərvərlik yalnız əlinə silah alıb, səngərdə döyüşmək deyil, bəzən də döyüşənin yanında, arxasında möhkəm dayanmaqdır:

“Hər bir şəxsin vətənpərvərliyi onun olduğu yerdə öz missiyasını ləyaqətlə yerinə yetirməsidir. 30 illik işğal dönəmində məhz bu ideologiyanın insanların təhtəlşüuruna hopdurulması, təlqin edilməsi 44 günlük vətən savaşında öz bəhrəsini inikas etdirdi. Məhz bu ideologiyanın nəticəsi olaraq, Azərbaycanda “Əsgər irəli” yox, irəli atılıb, “Əsgər arxamca” əmrini verən zabit korpusu formalaşdı. Xalq ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə “Dəmir yumruğun” ətrafında sıx birləşərək, ölkəmizin və xalqımızın taleyinə qızıl hərflərlə möhtəşəm zəfər tarixi yazdı”.

Həmçinin tədbirdə hələ də düşmən tapdağı altında olan Qazaxın 7 kəndinin - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli - ən qısa zaman kəsiyində azad olunacağına da inam ifadə olunub:

“Azərbaycan diplomatiyası və ordusunun qüdrəti artıq heç kimdə şübhə doğurmur. Ümid edirik ki, Azərbaycan diplomatik kanallarla bu məsələnin həllinə müyəssər olacaq. Əgər düşmən bu məsələdə dinc yolla razılaşmaya gəlməsə, “silahlar danışacaq” ki, bu da Ermənistan üçün intihar kəndirini xatırladır. İnanırıq ki, Qazaxın 7 kəndi də işağldan azad olunduqdan sonra həmin ərazilərin “damarına qan vurulacaq”, oraya yeni bir nəfəs veriləcək. İdman ictimaiyyəti və Daş Salahlı sakinləri qarşısında vəd veririk ki, bu sayaq idman və intellektual tədbirlərimizi həmin kəndlərdə də gerçəkləşdirəcəyik”.

Qeyd etmək yerinə düşər ki, şəhid Fidat Məmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş turniri ilə bağlı onun ömür-gün yoldaşı Xalsa Məmmədovaya xatirə plaketi təqdim olunub.

Ardınca, Uşaq - Gənclər İdman Məktəbinin Daş Salahlı kənd bölməsinin məşqçi-müəllimləri Rasim Allahverdiyev və Ceyhun Allahverdiyevə plaketlər təqdim olunub.

Aucune description disponible.

Daha sonra şəhid F.Məmmədovun bacısı Hicranə Məmmədova çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıgını bildirib. O, diqqətə çatdırıb:

“Bu tədbirin təşəbbüskarları və təşkilatçıları şəhid qardaşım F.Məmmədovun böyük oğlu Ülvi Məmmədovun sinif yoldaşları olan 2006-cı il məzunlarıdır. Mən onlara da dərin minnətdarlığımı ifadə edirəm ki, şəhidləri unutmurlar, unutdurmurlar”.

Ən sonda isə daha duyğusal və sentimental bir an, məqam yaşanıb. Elə tədbir davam edərkən məlum olub ki, avqustun 29-da həm də F.Məmmədovanın qızı Ülkər xanımın doğum günüdür. Əlbəttə, tədbirin də məhz bu tarixdə baş tutması təsadüf deyil, Allahın bir lütfü kimi dəyərləndirilib və Ülkər xanıma gül buketi təqdim olunub.

Aucune description disponible.

Daha sonra isə meydan pəhləvanlara verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1, 2 və 3- cü yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən müvafiq diplom və medallarla təltif olunublar.

Aucune description disponible.

Aucune description disponible.

Aucune description disponible.

Aucune description disponible.

Aucune description disponible.

Aucune description disponible.

Müəllif: Bəhruz MƏMMƏDOV