Millimizin Avropa Superfinalındakı rəqibləri məlum olub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.
İtaliyanın Algero şəhərində keçiriləcək oyunlarda yığmamız B qrupunda İsveçrə, Türkiyə və Rumıniya kollektivləri ilə mübarizə aparacaq.
Qarşılaşmalar 19-25 sentyabrda təşkil olunacaq.
Oyunların dəqiq tarixləri hələlik bəlli deyil.

